May 06, 2021 19:19 Asia/Baku
  • Bəyanat: Əhya gecəsi saxlanılanlar zorakılığa məruz qalıb

Həbsdə olan hərəkat lideri Azərbaycan polisinin dindarlara qarşı zorakılığını pislədi.

SəhərAzəri- nin məlumatına əsasən,  mayın 3-də Bakıda əhya saxlayan dindarların polis tərəfindən saxlanlmasına Qobustan Cəzaçəkmə Müəssisəsində həbs həyatını sürən Müsəlman Birliyi Hərəkatının sədri münasibət bildirib.

Tale Bağrzadənin yaydığı bəyanatda deyilir: Hakimiyyətin məscidlər, dini ibadət ocaqlarını açmaq əvəzinə evlərdə ibadətə toplaşanlara qarşı amansız davranışı heç bir normaya sığmır.

Məhbus qeyd edir ki, əhya gecəsinə toplaşanlara qarşı polislər tərəfindən sərt müdaxilə, məclis iştirakçılarının polis idarəsinə aparılması, orada onlara fiziki zor göstərilməsi azğınlaşmış siyasətin bariz nümunəsidir.

Hərəkat sədri öz bəyanatında dindarlara işgəncə verildiyini qeyd edərək, buna əmr verən güc strukturu rəhbərliyinin cəzalandırılmasını tələb edib. 

Bəyanat müəllifinin özü 25 yanvar 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum edilib.

Siyasi Məhbusların Müdafiə Mərkəzi Tale Bağırzadəni siyasi məhbuslar katerqoriyasına daxil edib.

 

Teqlər