May 09, 2021 11:07 Asia/Baku
  • Azərbaycan Respublikası Kanada və Fransanın cavabını verib

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən,Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırılıb ki, əgər bu ölkələr birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər.

Qeyd edək ki, Kanada və Fransa “Azərbaycanda saxlanılan bütün məhbusların sərbəst buraxılmasına” çağırıb. Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesablarında paylaşım edilib.

 

Teqlər