May 11, 2021 20:14 Asia/Baku
  • Ə.Məmmədli: İsrail qeyri-qanuni və faşist bir “dövlət”dir

Ağ Partiyasının sədr müavini, politolq Əhəd Məmmədli Səhər TV-nin Kompas proqramı ilə eksklüziv müsahibədə İsrail rejimi ilə bağlı sosial şəbəkələrdəki paylaşımını şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən, İsrailin faşist və aparteid rejim olduğunu vurğulayan Ə.Məmmədli bildirib ki, İsrail ABŞ və Sovet İttifaqının birgə qurduqları qeyri-qanuni dövlətdir. Və bu rejim qurulduğu gündən Birləşmiş Ştatların total dəstəyinə arxalanaraq müsəlman torpaqlarını işğal etməklə məşğul olub.

Politoloq söhbətlərinin davamında sionist İsrailin beynəlxalq qanunlara tabe olmadığına diqqət çəkib, bildirib ki, İsrail Fələstində müsəlmanlara qarşı soyqırımı siyasəti yürüdür, müsəlmanlara qənim kəsilib və aparteid üsulu ilə idarə olunur.

Əl-Əqsa məscidinə qarşı hücumlara gəlincə, partiya funksioneri qeyd edib ki, İsrailin əsas məqsədi Fələstin torpaqlarını yəhudiləşdirmək və 2050-ci ilədək Əl-Əqsa məscidini bütövlükdə məhv etməkdir. Ona görə də bu rejim BMT qətnamələrinə məhəl qoymur.

Politoloq sonda İsrailin işğalçılıq siyasətini sürdürməsinə görə ABŞ-ı tənqid atəşinə tutub. “ABŞ İsrailin işğalçılıq siyasətinə hüquqi tanıtım verir və bu çox təhlükəli tendensiyadır. ABŞ nə qədər ki, öz imperialist siyasətləri əsasında İsraili dəstəkləyir, bu rejim öz siyasətlərindən əl çəkməyəcəkdir”-deyə politolq söyləyib.

 

Teqlər