May 16, 2021 14:08 Asia/Baku
  • ABŞ Azərbaycanı “təxribatçı” dövlət adlandırdı

Birləşmiş Ştatlar Azərbaycan qoşunlarının Azərbaycan-Ermənistan sərhəddində istənilən yerdəyişməsini məsuliyyətsizlik hesab edir.

SəhərAzəri xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Calina Porter  savaşdan sonra dövlət  sərhədlərini dəqəqləşdirməyə çalışan Azərbaycanın  hərəkətlərini “təxribat”  kimi xarakterizə edib.

 O, bildirib ki, Vaşinqton Azərbaycan -Ermənistan sərhəddindəki vəziyyəti diqqətlə izləyir və qoşunların bu bölgədəki istənilən yerdəyişməsini məsuliyyətsizlik hesab edir.

  ABŞ dövlət rəsmisi, Azərbaycanı qoşunlarını Ermənistan sərhədlərindən geri çəkməyə çağırıb. “Vaşinqton  Azərbaycanın öz qoşunlarını Ermənistan sərhədlərindən  dərhal çəkməsini və təxribatlardan imtina etməsini gözləyir”-deyə Calina porter əlavə edib.

   Turan Xəbər Agentliyinin təhlilində belə bir sual qoyulub: “Məgər Azərbaycan və Ermənstan sərhədlərini ABŞ müəyyən edib ki, indi Azərbaycanın onu pozduğunu təsdiq edir?

Amerika bu sərtlikdə bəyanatı hətta 1992-93-cü illərdə Azərbaycanın yeddi rayonu işğal edilən zaman verməmişdi. Ermənilərlə iç-içə olan hazırkı ABŞ administrasiyasının bu mövqeyi gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin ilkin addımları sayıla bilər. 10 noyabr anlaşmasını həzm edə bilməyən ABŞ oyundan kənar qalmamaq üçün “Qarabağın statusu”,  “Qarabağa birbaşa yardım” və s. kimi bəyanatlarla bir formada prosesə daxil olmaq istəyir. Xüsusilə öz ABŞ-ın BMT-dəki keçmiş səfirinin Qarabağa birbaşa yardım edilməsi barədə təşəbbüsü və bu fikri dəstəkləyən ABŞ-ın Ermənistandakı səfirinin fikirlərinə rəsmi münasibət bildirilməlidir.

Yazıda həmçinin hökumətdən istənilir ki, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirinə bu kimi hərəkətlərin qəbuledilməz olduğu və  Azərbaycanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirildiyi deyilməlidir.

Teqlər