Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i377163-moskva_sərhəd_məsələsində_vasitəçilik_təklif_etdi
Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Yerevana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 19, 2021 08:47 Asia/Baku
  • Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi

Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Yerevana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib.

SəhərAzəri-nin məlumatına görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Rusiya sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır: “Dünən qeyri-rəsmi olaraq KTMT xarici işlər nazirlərinin işinə başladıq. Erməni həmkarımızın xahişinə baxdıq və bu tələbə uyğun olaraq Bakı və Yerevan arasındakı münasibətləri müzakirə etdik... Tərəflərlə ilkin razılaşmaya əsasən, sərhədin delimitasiyası və demarkasiyası üçün Rusiya ortaq Ermənistan-Azərbaycan komissiyası yaratmağı təklif edib və bu komissiyada tərəflərin istəyinə uyğun olaraq, Moskva ya məsləhətçi, ya da vasitəçi kimi iştirak edə bilər”.

Digər tərəfdən virtualaz.org Şimali Atlantika Alyansının mənzil-qərargahındakı mənbələrə istinadən bildirir ki,  Ermənistan hökuməti NATO-dan yardım istəyib.

Məlumatda bildirilir ki, Ermənistanın NATO-dakı nümayəndəliyi Baş katibin dəftərxanasına və hərbi-siyasi bloka daxil olan bütün ölkələrin nümayəndəliklərinə Ermənistan-Azərbaycan sərhədindəki Zəngəzur rayonunda yaranmış vəziyyətə müdaxilə etmək xahişi ilə müraciət edib.

Ermənistanın üçtərəfli bəyanat çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyasını Ermənistan ərazilərinə qarşı təcavüz kimi təqdim etməsi, onsuz da məsələni qəlizləşdirməkdə maraqlı olan qərb dövlətləri tərəfindən hansı mümkün reaksiyalar doğura bilər? Artıq sülhməramlılarının fəaliyyəti ilə Azərbaycan Respublikasında ciddi narazılıqlara səbəb olan Rusiya yaranmış vəziyyətdən nə kimi faydalanmaq istəyir? Bu kimi suallar Azərbaycanda ümumi fikrin diqqətini çəkməkdədir.