Şəhid Qənbər Qənbərli Tərtərdə dəfn olunub
May 23, 2021 09:40 Asia/Baku
İkinci Qarabağ müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunub.
SəhərAzəri-nin məlumatına əsasən, ikinci Qarabağ müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Respublikası Ordusunun baş leytenantı, Tərtər rayon Kəngərli kənd sakini, 1993-cü il təvəllüdlü Qənbərli Qənbər Bəhruz oğlu bu gün doğulduğu Kəngərli kəndində dəfn olunub.
Dəfndə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəsmiləri, şəhidin silahdaşları və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
ŞƏHİD QƏNBƏR QƏNBƏRLİ TƏRTƏRDƏ DƏFN OLUNUB