May 31, 2021 11:49 Asia/Baku
  • Sabunçu Rayon Məhkəməsinin hakimi qatil çıxdı

2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimi olan Fəqan Rövşən oğlu Əhmədov öz həyat yoldaşını qətlə yetirib.

hərAzəri APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.Hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Teqlər