Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna cavab verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i377573-azərbaycan_xarici_İşlər_nazirliyi_atƏt_in_minsk_qrupuna_cavab_verib
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 27-də əsir götürülmüş altı erməni hərbçi və yüksək səviyyədə danışıqlara başlamaq barədə Minsk Qrupunun bəyanatlarına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2021 05:59 Asia/Baku
  • Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 27-də əsir götürülmüş altı erməni hərbçi və yüksək səviyyədə danışıqlara başlamaq barədə Minsk Qrupunun bəyanatlarına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin şərhində bildirilir ki, əsir götürülmüş altı erməni hərbçi yolları minalayıb və əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır.

Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır.

Nazirliyin şərhində həmçinin deyilir ki, yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər.