Ermənistan hərbçiləri yenə də sərhədi keçiblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i377619-ermənistan_hərbçiləri_yenə_də_sərhədi_keçiblər
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olmalarından ancaq geri qaytarılmalarından xəbər verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 02, 2021 12:13 Asia/Baku
  • Ermənistan hərbçiləri yenə də sərhədi keçiblər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olmalarından ancaq geri qaytarılmalarından xəbər verib.

SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti isə baş verən hadisə ilə bağlı yaydığı bəyanatda bildirib ki, 40-a yaxın şəxsi heyətlə Azərbaycan ərazisinə daxil olan erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.

Azərbavycan Respublikası XİN-in bəyanatında deyilir: "Ermənistan tərəfinin iki dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin məqsədyönlü şəkildə bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.
Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, əsassız şəkildə sərhəd məsələsində gərginliyi artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Minsk Qrupunun həmsədrlərindən olan Fransanın prezidenti dünən Ermənistanın baş naziri ilə görüşündə Azərbaycan Respublikasını Ermənistan ərazilərindən çıxmağa və əvvəlki mövqelərə geri çəkilməyə çağırmışdı. Avropa qrumları da sərhəd gərginliyini bəhanə edərək anti-azərbaycan mövqelər tuturlar. 
Amerika prezidenti isə son vaxtlar Azərbaycan Respublikası Prezidentinə ünvanladığı məktubda münaqişənin uzunmüddətli həllindən söz açmışdı.