Hikmət Hacıyev mina tələfatının günahkarının pislənilməsinə çağırıb
Hikmət Hecıyev iki jurnalistin dünən Kəlbəcərdə minaya düşərək həlak olması məsələsində dolayısı ilə Minsk qrupu həmsədrləri və Avropa qurumlarının susqunluqlarına ehham vurub.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Minsk qrupunun həmsədrləri və avropa dövlət və qurumlarına eyham vuraraq, onları mina tələfatı barədə Ermənistanı pisləyəmə çağırıb.
Hikmət Hecıyev iki jurnalistin dünən Kəlbəcərdə minaya düşərək həlak olmasında günahkar tərəfin Ermənistan olduğunu bildirib
H.Hacıyev deyib ki, hər hansı legitim hərbi zərurət olmayan ərazi minalanıb: “Bu, kəndin girəcəyindəki yoldur. Bunun bir cavabı var. Ermənistan məqsədli şəkildə bu əraziləri minalayıb. Məqsəd mülki insanların qətliamına, ölümünə nail olmaqdır.
Jurnalistlərin minaya düşdüyü yolun əvvəllər minalardan təmizləndiyi, bu minanın sonradan erməni diversiya qrupu tərəfindən yerləşdirildiyi barədə fikirlərə gəlincə, H. Hacıyev deyib ki, istintaq çərçivəsində bu məsələyə də baxılması mümkündür.