İyun 11, 2021 09:32 Asia/Baku
  • Bakı Qarabağla bağlı nələrə razı olub?

Ermənistandakı seçki kampaniyası bu ölkədə siyasi mübarizəni çox qızışdırıb. Əsas rəqiblər bir-birini ifşa etmək üçün əllərindən gələni edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, seçki kampaniyasının əsas fiqurlarından olan keçmiş prezident Serj Sarkisyan Paşinyanı ifşa edəcək gizli səs yazısını yayıb. Nə vaxt və harada yazıldığı bilinməyən səs yazısında Paşinyan 2018- ci ilin may ayında Soçidə MDB liderləri ilə keçirilən görüşdə Putin başda olmaqla, dövlət başçılarının ona Qarabağ probleminin Lavrov planına uyğun həlli ilə bağlı təkliflər verdiyini danışıb.

Paşinyan həmin səs yazısında belə bir iddia irəli sürüb: “Putin deyir, həm Putin, həm Nazarbayev, həm də Lukaşenko deyirlər ki, Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir”.

Paşinyanın səs yazısında həmçinin deyilir: “MDB liderlərinin bu açıqlamasından sonra təklif etdim ki, dövlət başçılarının İlham Əliyevin adından dediyi fikri İlham Əliyev özü yazılı şəkildə təsdiq etsin.

Azərbaycanın Xarici İşlər Nazirliyi sözü gedən səs yazısı barədə heç bir reaksiya verməyib.  

 

Teqlər