İyun 22, 2021 11:40 Asia/Baku
  • A.Paşazadə Ayətullah Rəisi
    A.Paşazadə Ayətullah Rəisi

Qafqaz Müsəlmanları İdarəsinin sədri bir müraciətdə İranın seçilmiş prezidenti Ayətullah Rəisini bu vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən,İran və Azərbaycan Respublikasının dostluğu və qardaşlığının dərinləşməsinə təkid edən Şeyxulislam Allahşükür Paşazadə bu müraciətdə dini münasibətlər xüsusiyyət təşkil etməklə əlaqələrin hərtərəfli inkişafına təkid edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bundan öncə bir müraciətdə Seyyed Ebrahim Rəisinin İran prezident seçkilərində qalib gəlməsini təbrik etmişdi.

13-cü İran prezident seçkiləri iyunun 18-də ölkə boyu xalqın geniş iştirakı ilə, həmçinin 133 xarici ölkədə keçirildi.

Bu seçkilərdə Ayətullah Seyyed Ebrahim Rəisi səslərin əksər hissəsini qazanaraq, İranın 8-ci prezidenti seçildi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 21-də öz həftəlik brifinqində bildirdi ki, ötən 48 saat ərzində 24 prezident, baş nazir və dövlət başçısı, dörd parlament sədri və 18 yüksək vəzifəli siyasi və beynəlxalq şəxsiyyət də daxil olmaqla, müxtəlif ölkələrin 45-dən çox yüksək vəzifəli rəsmisi İranın seçilmiş prezidentinə təbrik müraciətləri göndərib və bu proses davam edir.

 

Teqlər