Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i378532-azərbaycanla_İran_arasında_aviareyslərin_açılması_müzakirə_edilir
Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edildiyi açıqlanıb. Mənbə: https://eastnews.org/news/57836
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2021 07:29 Asia/Baku
  • Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir

Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edildiyi açıqlanıb. Mənbə: https://eastnews.org/news/57836

SəhərAzəri-nin Report.az Portalına istinadla yaydığı məlumata əsasn, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda iki ölkə arasında aviareyslərin açılması müzakirə olunub.

Səfir qeyd edib ki, Azərbaycanda nəzərəçarpacaq dərəcədə koronavirusa yoluxanların sayı azalıb. İranda da virusa yoluxanların sayında azalma müşahidə edilib.

 Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır.  

Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb.