İyul 08, 2021 12:15 Asia/Baku
  • Qərbpərəst qüvvələr

Azərbycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığa maraq göstərməsi birmənalı qarşılanmır.

SəhərAzəri-nin məlumatına əsasən, Azadlıq Qəzetinin köşə yazarı İlham Hüseyn bu məsələyə münasibət bildirərkən deyib: Azərbaycan KTMT-yə üzv olsa, yenə də Rusiya heç bir məsələdə güzəştə getməyəcək və hakimiyyət də Rusiyadan milli maraqlarımız naminə heç nə tələb etməyəcək. Sırf hakimiyyət maraqları baxımından addım atılacaq. Nəticə etibarilə Azərbaycan iqtisadi-siyasi baxımdan Rusiyanın məngənəsinə düşəcəkdir. 

Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, gətirməsinə ehtiyac var. Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib? Əgər belə bir müraciət olubsa bunun hansı zərurətdən yarandığı izah edilməlidir. Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm. KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur.

Politoloq Şahin cəfərlinin isə mövqeyi belə olub ki, bütün bunlar prezident Putinin 2016-cı ildə irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir. Rusiyanın ötən il Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur. Moskva konflikti dondurulmuş, bölgəni inteqrasiyaya qapalı “boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq böyük düşünməyə başladı və konflikt yaradıb donduran “oyun pozucu” rolundan “oyun qurucu” roluna keçid etdi. Lakin prosesin mənfi tərəfi odur ki, Azərbaycan yenidən Moskvanın orbitinə qayıdır.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının təmsilçisi Leonid Kalaşnikov, KTMT ilə əməkdaşlıq üçün Azərbaycan da daxil, bir sıra dövlətlərin maraq göstərdiklərini iddia edib. Onun sözlrinə görə, bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.

 

Teqlər