İyul 12, 2021 10:59 Asia/Baku
  • Xankəndini Stepanakert yazdı

Moskvadan Bakıya uçuş edən “Aeroflot” Hava Yolları Azərbaycan ərazisinin adını düzgün qeyd etməyib.

SəhərAzəri-nin məlumatına əsasən,Axar.az bu barədə bir azərbaycanlı sərnişinin məlumatını dərc edib. Sərnişinin adını verməyən vebsayt həmin şəxsə istinadla bildirir ki, “Aeroflot” Hava Yolları şirkətinin uçuş xəritəsində “Xankəndinin adı Stepanakert kimi qeyd olunub.

Adı hallanmayan azərbaycanlı sərnişin deyib: “Bununla bağlı təyyarə bələdçisini çağıraraq etirazımı bildirdim. Mənə dedilər ki, xəritə hələ yenilənməyib. Təkrar bildirdim ki, Xankəndidən başqa bütün rayonlarımızın adları düzgün qeyd olunub. O zaman mənə dəftər verərək, şikayətimi yaza biləcəyimi dedi.

Qeyd edək ki, “Aeroflot” Rusiyayanın ən böyük hava yolları şirkətidir.

 

Teqlər