İyul 13, 2021 14:40 Asia/Baku
  • Azərbaycanlı deputat Ocaqnejadın Şuşaya səfərini alqışladı

Azərbaycan Respublikası Milli Məclisinin üzvü İranın Aliməqamlı Rəhbərinin Şuşa məscidində camaat namazı təşkil etməsi ilə bağlı yaranmış dedi-qoduya münasibət bildirdi.

SəhərAzəri-nin məlumatına əsasən, deputat Qüdrət Həsənquliyev moderator.az portalı ilə müsahibədə deyib: Əsas Ayətullahül-üzma Xamenei həzrətlərinin nümayəndəsinin Şuşaya səfəridir, qalan məsələlər təfərrüatdır.

Millət vəkili sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müdafiəsinə qalxıb: "Şeyx nə etdiyini bilir və görünür, qonaqpərvərliklə yanaşı, həm də qonağın daha çox diqqət çəkməsini istəyib. Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır. Qonağa hörmət bizim ən böyük üstünlüyümüzdür və adət-ənənəmizdən qaynaqlanır. 

Xatırladaq ki, İranın Aliməqamlı Rəhbərinin Azərbaycandakı nümayəndəsinin Şuşa məscidində namaz qılması iki ölkə əlaqələrinin düşmənlərini hiddətləndirib. Onlar hətta Şeyx həzrətlərini də təhqir etməkdən çəkinməmişlər. 

Teqlər