Tehran və Bakı ağır avtomobillər istehsalında həmkarlıq edəcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i379115-tehran_və_bakı_ağır_avtomobillər_istehsalında_həmkarlıq_edəcəklər
İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ağır avtomobillər istehsalında həmkarlıq edəcəyini bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 16, 2021 09:53 Asia/Baku
  • Seyid Abbas Musəvi
    Seyid Abbas Musəvi

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ağır avtomobillər istehsalında həmkarlıq edəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Abbas Musəvi öz şəxsi tvitter səhifəsində İran və Azərbaycan Respublikasının avtomobilqayırma sahəsində əməkdaşlıq etmələrindən xəbər verib.

Musəvinin sözlərinə görə, İran və Azərbaycan Respublikası traktor və avtobus istehsalında əməkdaşlıq edəcəklər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xəzər” adlı İran avtomobili ilə sürücülük etməsindən bir təsvir yayan Musəvi yazıb ki, avtobus və traktor istehsalı tezliklə iki qonşu və müsəlman ölkə olan İran və Azərbaycan Respublikasının iş gündəmində qərar tapacaq.