İyul 17, 2021 14:37 Asia/Baku
  • Jurnalist Elmar Hüseynovun doğum günüdür

Bu gün 2005-ci il martın 2-də qətlə yetirilmiş mərhum jurnalist Elmar Hüseynovun 54-cü doğum günüdür.

SəhərAzəri-nin məlumatına əsasən,jurnalist Elmar Hüseynov rəhbərlik etdiyi qəzet və jurnallarda Azərbaycan hakimiyyətinin bəzi siyasətlərini, sistemli korrupsiyanı, güc qurumlarının və məmurların özbaşınalığını, insan hüquqlarının pozuntusunu kəskin tənqid edirdi.

Bu nəşrlər arasında ən məşhuru "Monitor" jurnalı idi. 

O, dəfələrlə təhdid alıb, cinayət təqibinə məruz qalıb, həbsə atılmişdi.

Elmar Hüseynov yaşadığı evin pilləkənlərində tapançadan açılan yeddi atəşlə öldürülüb. Hakimiyyət qətlin Gürcüstanda yaşayan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev tərəfindən törədildiyini bəyan edib.

Azərbaycan hakimiyyəti iddia edir ki, bu şəxslər barəsində İnterpol vasitəsilə axtarış elan edilib, amma Gürcüstan hakimiyyəti bunu təkzib edib. Faktiki olaraq iş səssiz-sədasız ört-basdır edilib və adı çəkilən şəxsləri heç kim axtarmayıb.

Həmin vaxt DİN polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun qətldə əli olduğu barədə versiya var. Hacı Məmmədov sonradan çoxsaylı qətl və oğurluqlara görə ömürlük həbsə məhkum edilib və həbsxanada vəfat edib

 

 

Teqlər