İyul 18, 2021 12:00 Asia/Baku
  • Ocaqnejadın Şuşa səfəri Azərbaycan üçün böyük uğur qazandırdı + VİDEO

DEVAMM sədri islam inqilabının aliməqamlı rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsinin Şuşa səfərini çox əhəmiyyətli adlandırıb, onun strateji və diplomatik mesaja malik olduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu islam inqilabının aliməqamlı rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin Azərbaycan Respublikasındakı nümayəndəsinin Şuşa səfəri və Şuşa məscidində namaz qılmasının böyük əhəmiyyətə malik olduğunu bildirib. “Amerika, Fransa və Rusiya səfirləri Şuşaya səfərdən imtina edərkən, islam inqilabının aliməqamlı rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-islam vəl-müslimin Seyid Əli Əkbər Ocaqnejad nəinki Şuşaya səfər edir hətta orada ibadi prosesin önündə duraraq Şuşanın Azərbaycan və müsəlman torpağı olduğunu, qəsbdən azad edilmiş olduğu mesajını Ermənistana verməklə Ermənistana cızdağı verir,Azərbaycan Respublikasına böyük diplomatik və mənəvi uğur qazandırır.”- deyə İlqar İbrahimoğlu deyib.

  "Yeni Musavat"ın canlı efirində çıxış edən İ.İbrahimoğlu bu səfərin Ermənistanda böyük qıcıq doğurmasının səbəbini Höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın İslam dünyasının ali mənəvi rəhbərinin nümayəndəsi olması ilə izah edib: “ Ayətullahül-üzma Xamenei islam dünyasının ali mənəvi rəhbəridir və Türkiyədən tutmuş ərəb ölkələrinədək, hətta  100 milyonlarla müsəlman onu özünə mayak bilir. Bundan əlavə dünya səviyyəsində anti-amerikanizm və anti-qlobalizm aləmdə hər kəsin bir gözü ondadır.Belə bir şəxsiyyətin rəsmi nümayəndəsinin Şuşada dini mərasimin önündə getməsi dəqiq diplomatik və strateji əhəmiyyətli təşəbbüsdür.”

Hacı İlqar İbrahimoğlu Azərbaycan Respublikasının bəzi medialarında həm də İslam dünyasının böyük təqlid mərcələrindən biri olan Həzrət Ayətullahül-üzma Xameneinin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın Şuşa məscidində Qafqaz Müsəlmanları İdarəsinin Sədri Allahşükür Paşazadədən öndə namaz qılması barədə yayılan fotoşəkillər barədə səsləndirilən tənqidi firikirlərin savadsızlıqdan mənşə aldığını bildirərək bu mövzuya belə munasibət bildirib,  Bu kimi reaksiyaların savadsızlıqdan mənşə aldığını xatırladıb və Həzrət Ayətullahül-üzma Xameneinin böyük müctehidlərdən biri olduğunu və onun rəsmi nümayəndəsinin də uyğun olaraq yüksək mənəvi mövqe daşıdığını xatırladıb.

Devam Sədri Azərbaycan Respublikasında iranofobiya ilə maraqlanan dairələrin mövcud olduğunu bildirərək, bu kimi baxışların İran barədə reallıqların doğru-düzgün dəyərləndirilməsinə imkan vermədiyini deyib, Azərbaycanın həmişə İran və Türkiyə ilə yaxın əlaqələrə malik olmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, islam inqilabının Aliməqamlı rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad ikinci qarabağ müharibəsi başlandığı gün Azərbaycan xalqına müraciət edərək hamını işğalçıların ayaqlarının Azərbaycan torpaqından kəsilməsi üçün səfərbər olmağa çağırdı.

 

 

 

 

Teqlər