Azərbaycanlı boksçu ukraynalı hərifinə qalib gəlib
https://azeri.sahartv.ir/news/azərbaycan-i379409-azərbaycanlı_boksçu_ukraynalı_hərifinə_qalib_gəlib
Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 25, 2021 09:27 Asia/Baku
  • Azərbaycanlı boksçu ukraynalı hərifinə qalib gəlib

Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Respulbikası boks yığmasının üzvü Cavid Çələbiyev yarışa start verib.

63 kq çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu 1/16 final mərhələsində qüvvəsini sınayıb.

Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsiz üzərində qələbə qazanıb.

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Respublikaısnın boks yığmasının üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb.