İyul 29, 2021 11:49 Asia/Baku
  • Ermənistan yenə də atəşkəsi pozub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün yaydığı məlumatda qeyd olunub ki, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

SəhərAzəri-nin bildirdiyinə görə MN Məlumaında deyilir:  İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Məlumatda Azərbaycan Respublikası ordusunun mövqelərinin 10-12 ədəd F-1 əl qumbarası ilə də hədəfə alındığı deyilir. Əməliyyat şəraitinin Azərbaycan ordusu bölmələrinin nəzarətində olduğu bildirilib.

Ermənistan Müdafiə Nazirliyi isə bu gün verdiyi açıqlamada sərhədin Kəlbəcər istiqamətində baş verən insidentdə bir erməni hərbçinin yaralanmasından xəbər verib. Bu açıqlamada isə atışmanın səhər saatlarında (8:40) olduğunu bildirib.

Xatırladaq ki, ötən gün baş verən atışmada isə 3 erməni əsgər ölüb, 5-i yaralanmışdı.

 

 

Teqlər