Avq 09, 2021 13:21 Asia/Baku
  • Millət vəkili savadsızları parlament sədrindən üzr istəməyə çağırdı

Deputat Fazil Qəzənfəroğlu BAKUPOST portalında yayılan “AĞZIGÖYÇƏK VƏTƏNPƏRVƏRLİK” başlıqlı məqalədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın İran İslam Respublikası prezidenti seyid İbrahim Rəisi ilə görüşündə Azərbaycan bayrağının olmadığına görə hay-həşir qoparanları savadsız adlandıraraq yazıb: Böhtanla, məsuliyyətsizliklə dövlətlərarası münasibətləri korlamaq üçün bu qədər korazehinlilik etmək şəxsiyyətli bir vətəndaşa yaraşmaz.

SəhərAzəri-nin məlumatına əsasən,Deputat Fazil Qəzənfəroğlunun BAKUPOST portalında dərc olunmuş məqaləsində deyilir: Azərbaycanda el arasında ümumişlək bir söz var: ağzıgöyçək. Burada anlaşılan məcazi məna əsasən dedi-qodu üzərindən boş-boş mühakimə yürüdən şəxsləri işarə edir. Ağzıgöyçəyin də müxtəlif növləri var və düşünürəm ki, bu növlərdən ən təhlükəlisi Ağzıgöyçək Vətənpərvərlikdir.

Deputat Azərbaycan parlamentinin sədrinin İranlı həmkarı ilə görüşündə hər iki ölkənin bayraqlarının yerləşdirildiyi, Sahibə Qafarovanın İran prezidenti İbrahim Rəisi ilə görüşündə isə sadəcə İran bayrağının yer aldığına diqqət çəkərək

Yazır: Azərbaycan prezidentinin protokolunda da hansısa ölkənin prezidenti və ya baş naziri rəsmi səfərə gələrkən həmin ölkənin bayrağı Azərbaycan bayrağı ilə yanaşı salonda yer alır. Başqa ölkənin parlament sədri ilə görüşdə isə yalnız salonda Azərbaycan bayrağı olur. 

Deputat Azərbaycan Məclisinin sədrinin ötən ilin sentyabr ayında Türkiyə Prezidenti ilə görüşərkən salonda yalnız Türkiyə Cümhuriyyətinin bayrağının yer aldığını xatırladır və yazır: İran Prezidenti ilə görüşdə də fərqli bir hadisə baş verməyib ki. Milli Məclisin keçmiş sədri də İranın keçmiş prezidenti ilə Tehranda görüşərkən yenə də salonda yalnız İran bayrağı olmuşdu. 

Fazil Qəzənfəroğlu ağzıgöyçək vətənpərvərlərə üzünü tutaraq yazır: Sanki bunlardan başqa bayrağın, Vətənin, dövlətin təəssübünü çəkən qalmayıb. böhtanla, məsuliyyətsizliklə dövlətlərarası münasibətləri korlamaq üçün bu qədər korazehinlilik etmək şəxsiyyətli bir vətəndaşa yaraşmaz. Maraqlıdır ki, burada nadanın biri guya tanınmış tarixçidir, digəriləri də guya tanınmış siyasətçilərdir. İndi görək yazdıqları təhqirlərə görə savadsızlıqları ifşa olunduqdan sonra dönüb bir ziyalı Azərbaycan xanımından üzr istəyəcəklərmi?

Teqlər