Avq 21, 2021 18:09 Asia/Baku
  • Müdafiə Nazirliyi
    Müdafiə Nazirliyi

Naxçıvan istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.


Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

 

Teqlər