Sen 08, 2021 12:19 Asia/Baku
  • Separatçıların tutduğu azərbaycanlı əsgər niyə Ermənistan hərbçiləri ilə dəyişdirilib? +VİDEO

Ağdərədə Qondarma Dağlıq Qarabağ Respublikasının silahlıları tərəfindən tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan Ermənistanın iki əsgəri ilə dəyişdirilib.

SəhərAzəri-nin verdiyi məlumata görə,Ermənistanın iki hərbçisi Bakıdan İrəvana təyyarə ilə aparılıb və Azərbaycan Respublikasının separatçı rejim tərəfindən tutulan əsgərini Ermənistan paytaxtından təhvil alaraq Bakıya gətirib.

Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov iştirakı ilə baş tutub.

Azərbaycan Respublikası tərəfindən təhvil verilən Ermənistan əsgərləri barədə isə onların Artur Nalbəndyan və Aramais Torozyandab ibarət olduqları və 14 iyul 2021-ci ildə, Qaragöl ətrafında Ermənistanla sərhəddə əsir düşdükləri deyilir. Erməni rəsmi mənbələri onların qatı duman səbəbindən azdığını və Azərbaycan sərhədlərinə daxil olduğunu bildirmişdilər.

Azərbaycan Respublikası ümumi fikrində Cəmil Babayevin niyə QDQR silahlılaır tərəfindən tutulması, onun Ermənistan hərbçiləri ilə özü də İrəvanda dəyişdirilməsi, qarşılığında 2 Ermənistan hərbçisinin təhvil verilməsi barədə ciddi suallar ortaya atılır.

 

Teqlər