Sen 12, 2021 14:07 Asia/Baku
  • Türkiyə, Pakistan və AR
    Türkiyə, Pakistan və AR

Türkiyə, Pakistan və Azərbaycan Respublisı birgə təlimlər keçirirlər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirak edəcəkləri bu təlimlər Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək.

Azərbaycan Respublikasının müdafiə nazirliyi bildirib ki, «Üç qardaş-2021» adı altında bu gün başlanacaq qeyd olunan təlimlər sentyabrın 20-dək sürəcək.

Nazirlik qeyd edib ki, bu, həmin üç ölkənin xüsusi təyinatlı qüvvələrinin ilk birgə təlimləridir.

Onun təşkil edilməsində məqsəd, döyüş əməliyyatının keçirilməsi zamanı dost və şərik ölkələrin xüsusi təyinatlı qüvvələrinin əməkdaşlıqlarının gücləndirilməsi, təcrübə mübadiləsi və müharibə zamanı əməliyyat keçirmək üçün hazırlığın artırılması elan olunubdur.

 

Teqlər