Okt 09, 2021 10:32 Asia/Baku
  • Milli Şura İlham Əliyevi istefaya çağırıb

Milli Şura hakim ailənin adının beynəlxalq korrupsiya araşdırmasında hallanması barədə bəyanat yayıb. Prezident İlham Əliyevi istefaya çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən,bəyanatda deyilir: Son günlər araşdırmaçı jurnlaistlər konsorsiumunun hazırladığı, bugünlərdə “Pandora qutusu” adı ilə açıqlanmış korrupsiya araşdırmasında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ailəsinin Londonda çox sayda mülklərə sahib olması haqda faktlar təqdim olub.

Bəyanatda əlavə olaraq bildirilir: Həmin beynəlxalq araşdırmanın nəticələrinə görə, İlham Əliyevin ailəsi Londonda təxminən 700 milyon dollar və ya 1.2 milyard manat dəyərində əmlaka malikdir. 17 mülk nağd ödənişlə alınıb. Pandora sənədərinə görə əliyevlər ailəsi bu əmlakları Britaniyadakı ofşor şirkətlər vasitəsilə alıb.

Milli Şura öz bəyanatında beynəlxalq səviyyədə yayılan korrupsiya əməllərinə İlham Əliyevin özü yaxud hökumətindən kimsənin münasibət bildirməməsinə diqqət çəkir və bu barədə hüquqi işlər aparılacağını xatırladır:

“Milli Şura hakim ailənin bu əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna cinayət işinin başlanması haqqında müraciət hazırlayıb, yaxın günlərdə təqdim edəcək. Milli Şura həmçinin, Londonda aşkara çıxarılmış, Əliyevlərin xalqdan oğurladığı pullar hesabına əldə etdiyi əmlakların üzərinə həbs qoyulması ilə bağlı İngiltərənin Milli Kriminal Agentliyinə də müraciət edəcək,”- deyə bəyanatda bildirilir.

Bəyanatın sonunda İlham Əliyevin ölkəyə rəhbərlik haqqını itirdiyi iddia olunaraq belə deyilir: Milli Şura hesab edir ki, İlham Əliyev korrupsiyanı dövlət siyasətinə çevirdiyi, tutduğu vəzifəsindən istifadə edərək ailəsinin adına çoxmilyardlıq sərvətlər topladığı üçün ölkəyə rəhbərlik etmək haqqını itirib və istefa verməlidir.

Teqlər