Okt 14, 2021 19:53 Asia/Baku
  • Cəmil Həsənli İlham Əliyevin açıqlamasına irad tutdu

Son günlər yayılan Pandora sənədlərinə görə Azərbaycan Respublikası prezidentinin ailəsi Londonda 700 milyon dollarlıq əmlaka malik olduqları bildirilir. Azərbaycan Respublikası prezidenti İlham Əliyev dünən İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə bildirib ki, o prezident vəzifəsinə başladıqdan sonra biznesini öz ailəsinə köçürüb.

SəhərAzəri-nin məlumatına əsasən,Milli Şuranın sədri Cəmil Həsənli lham Əliyevin bu sözlərinə münasibət bildirib. Onun fikirləri Azadlıq radiosunun veb səhifəsində yer alıb. Cəmil Həsənli deyir: 

Buna deyərlər üzrü günahından betər. Deyəsən o, bilmir ki, prezident olmazdan əvvəlki 10 il ərzində də bizneslə məşğul ola bilməzdi. Çünki adam 1994-2003-cü illərdə Dövlət Neft Şirkətinin əvvəlcə vitse, sonra da birinci vitse-prezidenti işləyib. Qanun yüksək vəzifəli dövlət məmurlarına bizneslə məşğul olmağı qadağan edir. Bundan əlavə İlham Əliyev 1995-ci ildə Milli Məclisin deputatı “seçilib”. Yenə əlahəzrət qanun deputatın bizneslə məşğul olmasın qadağan edir. Deməli adam qanunsuz biznes fəaliyyəti ilə məşğul olub.

Cəmil Həsənli İlham Əliyevin baş verənləri Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə əlaqələndirməsinə isə belə münasibət bildirib:

 İlham Əliyev 700 milyon dollarlıq ailə mülklərinin aşkarlanmasını İkici Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə əlaqələndirməyə çalışır. Axı, İkinci Qarabağ müharibəsindən əvvəl hələ 2009-cu ildən 2019-cu ilə qədər Dubaydan tutmuş Londona qədər Əliyev ailəsinin belə mülkləri aşkarlanmış, Panamadan tutmuş Virgin adalarına qədər gizli ofşor hesabları agah olmuşdu. Məsələn məlum olmuşdu ki, “uğulu bisnes adamı kimi” İlham Əliyevin övladlarının adına olan gizli ofşor hesablarının sayındakı rəqəmlər, onların yaşındakı rəqəmlərin sayından dəfələrlə çoxdur.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin öz ailəsinin “bütün biznes fəaliyyətinin şəffaf olması barədə sözünə isə Cəmil Həsənli sualla münasibət bildirb: Əgər doğrudan da sənin uşaqlarının biznes fəaliyyəti şəffaddırsa 11 yaşlı uşağın adına 700 milyon dollarlıq 17 mülk niyə indi üzə çıxır? Necə olur ki, sənin uşaqlarının kral mülkiyyət idarəsinə 66 milyon funt sterling mülk satmasından heç kimin xəbəri olmayıb?

Teqlər