İsrail rejiminin Cənubi Qafqazda varlığı realdırmı?
Ərəb nəşri İrana qarşı əməkdaşlıq üçbucağından yazıb
Londonda çıxan ərəb dilli qəzet ABŞ, İsrail və Azərbaycanı İrana qarşı yeni gərginliklər yaratmaq üçün əməkdaşlıqda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, jurnalist Həsən Mehrəc-in Rəy əl-Youm qəzeti üçün yazdığı məqalədə deyilir: İranın bütün sahələrdə hərəkətləri və siyasəti İsrail tərəfindən izlənilir. Bundan əlavə, İsrailin xüsusi önəm verdiyi İran-Azərbaycan sərhədi yaxınlığında müəyyən işlər görülür. Bu baxımdan, İsraildəki təhlükəsizlik və hərbi dairələr, xüsusən bu işlərin İsrailə birbaşa təsiri olduğu üçün iki qonşu ölkə arasında artan mübahisələri diqqətlə izləyirlər.
İranın xarici işlər naziri bu yaxınlarda İsrailin bölgədəki varlığı ilə bağlı xəbərdarlıq edərək, Moskvaya səfəri zamanı bildirdi ki, Tehran Qafqaz xəritəsindəki heç bir geosiyasi dəyişikliyə dözməyəcək. O həmçinin sionistlərin bölgədəki varlığını kəskin tənqid etdi.
Rəy əl-Youn qeyd edir ki, israillilərin diqqətini çəkən bəlkə də Tehranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər üçün seçdiyi ad idi; Yəni, İsrailin sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəyinə eyham vuran "Xeybərin fatehləri" tamamilə İsraili hədəfə almışdı. Bu isə o deməkdir ki, İranın kəşfiyyat xidməti, xüsusən də iranlı nüvə mütəxəssisi Möhsün Fəxrizadənin öldürülməsindən sonra İsrailin bu ölkə sərhədlərinə yaxınlaşmasına böyük həssaslıqla yanaşır.
Müəllif qeyd edir ki, rəsmi Tehranın şübhələri üçün ciddi əsasları var. Zira Bakı İsrailin İran-Azərbaycan sərhədlərinə yaxın yerdə geniş fəaliyyət göstərməsinə icazə vermiş kimi görünür. İranın şübhələrini artıran, həm də PUA istehsalında ixtisaslaşan İsrailin Elbit şirkətinin Azərbaycanda fabrik açması olub.
Məqalənin davamında deyilir: Reallıq budur ki, İran məsələsində İsrail, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq mövcuddur. Və İsrailin Bakıdakı səfirliyi olayları nəzarətdə saxlayır. Müşahidəçilər bunu İran-İsrail münaqişəsinin coğrafi əhatəsinin genişlənməsi çərçivəsində görürlər. Əslində İsrail rəsmiləri siyasi məqsədlərə çatmaq üçün gərginliyi artırmaqda maraqlıdırlar.
Müəllif sonda bildirir ki, İrana qarşı məxfi planlar işə düşsə də, bu dövlət özünə qarşı gərginliklər və təxribatçı hərəkətlərdən məharətlə istifadə etməyi və rəqiblərini diz çökdürməyi yaxşı bacarır.