Okt 31, 2021 11:20 Asia/Baku
  • Baş redaktor səbəbləri gösrərdi

Paralel qəzetinin baş redaktoru Azərbaycanın Skandinaviya ölkələrindən xeyli geridə qalmasının səbəblərini şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən, Tapdıq Abbas bu haqda deyib: “Dünyada demokratik inkişafa yüksək səviyyədə nail olmuş, əhalisinin sayına və təbii sərvətlərinə görə Azərbaycandan geri qalan Norveç, İsveç və Finlandiya dövlətlərinin təcrübəsi təsdiq edir ki, dövlət orqanlarında vəzifə tutan məmurlar rüşvət, korrupsiya və digər quldurluq əməllərindən uzaq olduqlarına görə bu ölkələrin vətəndaşları dünyanın ən firavan ölkələrinin təsnifatında yüksək yer tuturlar, dövlət orqanlarında kreslo tutanların başında dövlətin büdcəsini və xalqı talamaq barədə plan, proqram, nə də bu barədə düşüncə yoxdur.”

Azərbaycanda vəzifəyə tam fərqli düşüncə ilə yanaşmaq ənənəsinin dəbdə olduğunu qeyd edən jurnalistin sözlərinə görə, vəzifə tutub, həmin vəzifə vasitəsilə böyük həcmdə dövlətdən və xalqdan oğurluq var-dövlət yığmaq, yığdıqca harınlaşmaq və daha çox oğurlamaq zehniyyəti, barbar düşüncəli mürtəce məmur iradəsi ölkədə hakimdir.

Tapdıq Abbas sonra vurğulayır ki, müstəqilliyinin 30 ilini qeyd edən Azərbaycanda firavanlıq anlayışını çoxdan unudulub. Enerji istehsalçısı olan və enerji daşıyıcılarının xalqa yüksək qiymətə satıldığı ölkədə xalqın firavanlığından danışmaq mümkün olan iş deyil! Bu ölkədə firavanlıqdan yalnız məmurlar danışır. Çünki onların firavanlıqdan şirin-şirin danışmaq üçün əllərində kifayət qədər faktları var, xalqı, dövləti talamaq, oğurlamaq hesabına özləri çox firavan yaşayırlar və bunu danmırlar.

Teqlər