L.Abdullayeva İranla səmərəli fikir mübadiləsindən yazdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i383077-l.abdullayeva_İranla_səmərəli_fikir_mübadiləsindən_yazdı
Azərbaycan XİN sözçüsü İran İslam Respublikasının Bakıdakı səfiri ilə görüşüdən məmnun qaldığını ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2021 10:56 Asia/Baku
  • L.Abdullayeva İranla səmərəli fikir mübadiləsindən yazdı

Azərbaycan XİN sözçüsü İran İslam Respublikasının Bakıdakı səfiri ilə görüşüdən məmnun qaldığını ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Leyla Abdullayeva bu barədə öz Twitter hesabında bildirib: "İkitərəfli əlaqələrdəki son vəziyyəti, xüsusilə də media və xalq diplomatiyası sahəsində iki ölkə Xarici İşlər Nazirliklərinin yaxından əməkdaşlıq etməsini müzakirə etdik."

Qeyd edək ki, ötən ayıarda yaranmış anlaşılmazlıqların ardınca İran İslam Respublikası ilə Azərbaycan rəsmiləri arasında təmaslar yenidən intensivləşib.

İran tərəfi hesab edir ki, qonşu ölkələr arasındakı fikir ayrılıqlarının, problemlərin danışıqla, kənar qüvvələrdən təsirlənmədən aradan qaldırılması mümkündür. Bu, onların maraqlarını təmin etməklə yanaşı, düşmənlərin təxribat və planlarının qarşısını da alır.

İran İslam Respublikası hər zaman dinc yanaşı yaşamaq, qonşularının suverenlik hüququna hörmətlə yanaşılması prinsipindən çıxış edib. Bu mənada o, hərtərəfli əlaqələri inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyib. Məsələn, Ermənistanla Azərbaycan Respublikası arasında bir zamanlar işğal altında olmuş Qarabağ bölgəsində baş vermiş son müharibədə Tehran konstruktiv mövqe sərgiləyib. Rəsmi Tehran münaqişənin dinc yolla həll olunması istiqamətində diplomatik danışıqların aparılmasına çağırış edib, işğal edilmiş bütün ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıb.

İran rəsmilərinin bu yanaşması ortaq dəyərlərə və nəticə etibarı ilə sülhə əsaslanır. Amma bu yanaşma bəzən regionda sabitliyi pozmağa çalışan bəzi bədxahların şər əməlləri və müdaxiləsi nəticəsində anlaşılmazlıqlara da səbəb olur.

Bununla belə son günlər tərəflərin sayıqlığı, mövcud gərginliyi azaltmaq üçün atdıqları birgə addımlar iki ölkə arasındakı qədim isti münasibətlərin bərqərar olması üçün əlverişli şərait yaradıb.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılan son telefon danışığı zamanı onlar narazılıqların aradan qaldırılmasının sürətləndirilməsi məqsədilə bir-birini tamamlayan addımların çox vacib olduğunu vurğulayıblar.

Hətta iranlı nazir öz “Twitter” hesabında yazıb ki, iki dövlət və xalq arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq inkişaf edəcəkdir”.