Ruslar Erməni terrorçunu separatçılara təhvil verəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i383115-ruslar_erməni_terrorçunu_separatçılara_təhvil_verəcək
Bu gün səhər Şuşa yaxınlığında Azərbaycan Respublikası ordusunun postuna qumbara atan şəxs Xankəndidəki separatçılara “təhvil” veriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2021 10:56 Asia/Baku
  • Ruslar Erməni terrorçunu separatçılara təhvil verəcək

Bu gün səhər Şuşa yaxınlığında Azərbaycan Respublikası ordusunun postuna qumbara atan şəxs Xankəndidəki separatçılara “təhvil” veriləcək.

Azərbaycan Respublikasının Rusiya Sülhməramlılarının nəzarətinə verilmiş ərazilərində fəaliyyət göstərən qondarma dağlıq qarabağ respublikasının “ombudsmanı” Geqam Stepanyan bu gün Azərbaycan hərbçilərinə ölümcül hücum edərək 3 hərbçini yaralayan Norayr Mirzoyanın separatçılara təhvil veriləcəyini deyib.

Stepanyan bildirib ki, hazırda terrorçu Norayr Mirzoyan rus sülhməramlılarının qərargahındadır.

Azərbaycan Respublikası ərazilərində azərbaycanlı hərbçilərə qumbara ilə hücum edən erməninin Xankəndində Rusiya Sülhməramlılarının himayəsində fəaliyyət göstərən separatçılara təhvil veriləcəyi xəbəri elə bir şəraitdə yayılır ki, az öncə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatında fakta görə cinayət işi başlanmaqla istintaqın aparılması bildirilmişdir.