Noy 15, 2021 12:52 Asia/Baku
  • Kəlbəcər sərhədində Azərbaycana aid tikinti texnikası atəşə tutulub

Ermənistan ordusu Kəlbəcər və Geqarkunik sərhədində infrastrukturun bərpası ilə məşğul olan Azərbaycan Silahlı Qüvvələrinə aid tikinti texnikasını və Kamaz yük maşınlarını atəşə tutub.

SəhərAzəri-nin məlumatına əsasən, hadisə noyabrın 15-nə keçən gecə və bu gün səhər çağı baş veribdir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, ermənilərin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan ordusunun mövqeləri istiqamətində atəş açılıb.

Erməni tərəfi snayper tüfəngi və qumbaraatan da daxil olmaqla, müxtəlif növ silahlardan istifadə edib.

Şəxsi heyət arasında xəsarət alan yoxdur. Azərbaycan tərəfi cavab tədbirləri görüb. 

Teqlər