Bahar Muradova:
İnsanlar öz ailələrində fiziki, psixoloji zorakılığa məruz qalır
Millət vəkili Bahar Muradova bildirib ki, Məişət zorakılığı, xüsusilə təhlükəsiz şəraitdə yaşaması təmin olunmalı olan qadınlara qarşı olan hüquq pozuntuları ən ciddi hüquq pozuntusudur.
SəhərAzəri-nin məlumatına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə çıxışı zamanı ailə daxili zorakılıqlardan danışıb.
Qadınlara qarşı zorakılığın qarşısının tam şəkildə alınacağına ümid olmadığını bildirən deputat eyni zamanda deyib:Bunun qarşısını təhsillə, hüquqi təfəkkürü təkmilləşdirməklə müəyyən qədər ala bilərik.
“Təhlükəsizliyin, hüquqi müdafiənin əlçatanlığının təmin olunması üçün Komitənin təklifləri var.Dəyişikliklərə ehtiyac var. Ümid edirik ki, bu dəyişikliklər həyata keçiriləcək”.- deyə komitə sədri bildirib.
Bahar Muradova deyib:”Son vaxtlar cəmiyyətdə zorakılığa məruz qalan qadınların kifayət qədər olduğunu görürük. İnsanlar öz ailələrində fiziki, psixoloji zorakılığa məruz qalır".