Noy 28, 2021 11:22 Asia/Baku
  • Son həbslər saxta ittihamlar əsasında həyata keçirildi

Azərbaycanlı tanınmış politoloq ölkədəki son həbslərin saxta ittihamlar əsasında həyata keçdiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ərəstun Oruclu bu barədə öz Facebook səhifəsində yazıb: "Demişdim ki, İranla dedi-qodu bir gün bitəcək, amma arada bir xeyli Azərbaycan vətəndaşı illərlə həbsdə yatmalı olacaq. Belə də oldu, artıq hakimiyyət "mediası" İran haqqında elə yazır ki, sanki bircə ay əvvəl İranı söyən mən idim. Yaxşı, İran öz yerində, hakimiyyət mirzələri də öz yerində, bəs İran casusları ilə bağlı şivən salanlar niyə susublar, daha danışmırlar? Yoxsa daha ölkədə İran casusu qalmayıb, hamısını tutublar? Yeri gəlmişkən, casus mövzusunu sevənlərə ölkədəki rus casusları haqqında ətraflı məlumat verə bilərəm.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında yaşanan son gərginlik fonunda bir çox islamçı və eyni zamanda ictimai-siyasi fəal həbd olundu. İlahiyyat Sərdar Babayev onlardan biridir ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Babayev ona qarşı irəli sürülən dövlətə xəyanət ittihamını rədd edir və onu siyasi motivli hesab edir.

O, özünü son zamanlar qonşu dövlətlə gərgin münasibətlər fonunda aparılan repressiyaların qurbanı hesab edir.

 Bundan əlavə Azərbaycan Respublikasında daha bir neçə ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb. 

Eyni zamanda ötən illər ərzində xalqın maarifləndirilməsində xüsusi rolu olmuş Dəyərlər, İslam Azəri və Maidə kimi nüfuzlu portallar da hakimiyyət tərəfindən hansısa məhkəmə qərarı olmadan bloklanıbdır.