Azərbaycanlı hərbi qulluqçuya Azərbaycandan hücum edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i383732-azərbaycanlı_hərbi_qulluqçuya_azərbaycandan_hücum_edilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdən azərbaycanlı əsgərə hücum olunduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 03, 2021 11:51 Asia/Baku
  •  Azərbaycanlı hərbi qulluqçuya Azərbaycandan hücum edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdən azərbaycanlı əsgərə hücum olunduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki,Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Məlumatda həmin şəxsin silahı ələ keçirməyə cəhd göstərdiyi deyilir:“Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.”-deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verildiyini də bildirib.