Dek 09, 2021 13:24 Asia/Baku
  • Azərbaycan ordusunun 1 əsgəri şəhid oldu

Ötən gecə Kəlbəcər istiqamətində Ermənistan ordusu tərəfindən atışma zamanı Azərbaycan Respublikası ordusunun hərbi qulluqçusu əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

SəhərAzəri-nin məlumatına əsasən,Siyəzən rayonunun Zarat kəndində anadan olan Asif Əliyev  ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış.

Bu gün də Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib ki, Dekabrın 9-u saat 15:00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən  Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub. Məlumatda atəş nəticəsində ölən yaxud yaralananların olub-olmamasına toxunulmayıb.

Teqlər