Dek 23, 2021 13:12 Asia/Baku
  • Tehran-Bakı əlaqələrinin inkişafı üzrə yol xəritəsi var

İranın xarici işlər naziri vurğulayıb ki; İran-Azərbaycan Respublikası əlaqələrinin inkişafı üzrə konkret yol xəritəmiz var.

Hüseyn Əmir-Abdullahiyan Bakıya birgünlük səfərinin sonunda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib ki; iki ölkə başçılarının iradələri sayəsində iki xalq və iki ölkənin maraqları istiqamətində güclü və səmərəli addımlar atacağıq.

Əmir-Abdullahiyan əlavə edib: EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin başçılarının Aşqabadda keçirilən sammmiti çərçivəsində Azərbaycan Respublikası və İran prezidentləri arasında mühüm görüş keçirildi və bu görüş iki ölkə əlaqələrində bir dönüş nöqtəsi sayılır.

İranın xarici işlər naziri həmçinin deyib: Tehran və Bakı regional və beynəlxalq sahələrdə bir-birilərinə lazımi həmkarlıq və himayə əlini uzadıblar və bu dəstəkləri davam etdirəcəyik.

İranın xarici işlər naziri qeyd edib ki, İran İslam Respublikası regional dialoqların gücləndirilməsini qətiyyətlə himayə edir.

Azərbaycan Respublikasının xarici işlər naziri də öz iranlı həmkarının Bakıya səfərini və bu səfər zamanı aparılmış müzakirələri Bakı-Tehran əlaqələrinin gələcəyi üçün mühüm adlandırıb və belə deyib: İranlı həmkarımla görüşdə ikitərəfli əlaqələrin inkişaf yollarını, həmçinin iki ölkənin müxtəlif beynəlxalq səviyyələrdəki əməkdaşlıqlarını nəzərdən keçirdik.

Ceyhun Bayramov İran, Azərbaycan Respublikası və Gürcüstan əraziləri vasitəsilə Fars Körfəzi-Qara dəniz dəhlizinin işə salınmasını iki ölkə arasında mühüm iqtisadi layihələrdən adlandırıb.

Azərbaycan Respublikasının xarici işlər naziri bu ölkənin azad edilmiş ərazilərinin bərpasını Rəsmi Bakının fəaliyyət üstünlüklərindən adlandırıb.

Bayramov yaxın və dost ölkə kimi İranın bu prosesdə iştiraka öz hazırlığını bildirməsinə işarə ilə deyib ki; yaxın gələcəkdə bu ərazilərdə müxtəlif layihələrin icrasında iranlı şirkətlərin iştirakının şahidi olacağıq.

Teqlər