Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb
Dek 23, 2021 15:13 Asia/Baku
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 390,466 mln. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 28,9% artıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatı əsasında, hesabat dövründə Azərbaycandan İrana ixracın həcmi 39,172 mln. dollar, idxal isə 351,295 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,6%, idxal isə 32% artıb.
Nəticədə, 2021-ci ilin yanvar-noyabr aylarında 312,123 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 36,1% çoxdur.
Teqlər