13 min hektar ərazi minalardan təmizlənib
https://azeri.sahartv.ir/news/azərbaycan-i384595-13_min_hektar_ərazi_minalardan_təmizlənib
Azərbaycan Müdafiə Nazirliyinin mətubat katibi zzad olunmuş ərazilərdə 17 mindən artıq minanın zərərsizləşdirildiyini bildirib. 17:00 29.12.2021
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2021 08:20 Asia/Baku
  • 13 min hektar ərazi minalardan təmizlənib

Azərbaycan Müdafiə Nazirliyinin mətubat katibi zzad olunmuş ərazilərdə 17 mindən artıq minanın zərərsizləşdirildiyini bildirib. 17:00 29.12.2021

SəhərAzəri-nin məlumatına əsasən, bunu Anar Eyvazov ilin yekunlarına dair keçirdiyi brifinqdə deyib.

Qurum rəsmisi bildirib ki, carı ildə işğaldan azad olunan ərazilərin minalalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılıb. Aparılan işlər nəticəsində azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib.

Onun sözlərinə görə, 2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Qeyd olunub ki, 2021-ci il ərzində Mühəndis Qoşunları tərəfindən azad olunan ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin döyüş mövqelərinə yeni təminat yolları çəkilir.

Mina təmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. 

Qeyd edək ki, ötən həftə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ərazilərin minalardan təmizlənməsi işində ölkəsinin Azərbaycana yardım etməyə hazırlığını bildirdi və iranlı nazirin bu təklifi haqda müvafiq razılaşma əldə olundu.