Qərbin iç üzünü görən jurnalist depressiyaya düçar olub
jurnalist Xədicə İsmayılova almandilli “Zenit” jurnalına müsahibəsində qərbin iç üzünü gördüyünü etiraf edib: "Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdı...",- deyə o bildirib.
Xədicə İsmayılova deyib: “Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar.”
Qərbin digər ölkələrdəki hərhansı bir jurnalisti yaxud siyasi fəalı məqsədyönlü şəkildə və sadəcə öz hegemonçu mənafeləri istiqamətində dəstəklədiyini etiraf edən qərbyönümlü jurnalist deyib: “Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim.”
Qərb barədə həqiqəti öz şəxsi təcrübəsi ilə öyrənən və həqiqəti dilə gətirməkdən çəkinməyən vicdanlı Jurnalistin sözlərinə görə, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib.
İsmayılova qeyd edib ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur: “Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.