Fev 09, 2022 16:57 Asia/Baku
  • Ceyhun
    Ceyhun

Azərbaycan Respublikası xarici işlər naziri Aİ-nin tövsiyəsi əsasında 8 erməni hərbçinin azad edilməsindən sonra Ermənistan tərəfinin öz vədindən boyun qaçırdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, “4 fevralda keçirilən dördtərəfli görüşdə humanitar məsələlər müzakirə olunub və itkin düşmüş şəxslərin məsələsi qaldırılıb.

Ceyhun Bayramov bildirib ki, 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 719 nəfəri mülki şəxslərdir.

Azərbaycan Respublikası xarici işlər naziri 4 fevralda Azərbaycan, Fransa, Aİ və Ermənistan liderlərinin video formatda keçirilən görüşündə Ermənistan nazirinin bu sahədə əməkdaşlıq vədi verdiyini vurğulayaraq deyib: “Lakin sonradan paradoksun və məntiqə uyğun olmayan açıqlamanın şahidi olduq. Nazirlik heç bir vədin verilmədiyi barədə açıqlama verdi.”

 

Ceyhun Bayramov məyusluq doğuran bu rəftarın mənəviyyata və insanlığa sığmadığını bildirib.

 

 Qeyd edək ki, Ermənistan tərəfinin bu vədi qarşılığında 8 erməni hərbçi əsiri dərhal Azərbaycandan Ermənistana çatdıran Fransa prezidenti Ermənistan tərəfindin vədinə heç toxunmadan əsirlərin öz ailələrinə qovuşmasında Fransanın diplomatiyasını alqışladı. Aİ-nin digər rəsmiləri də ozşar çıxışlarla erməni hərbçilərin İrəvana qaytarılmasından hədsiz sevinclərini bildirdilər.

 

 

Teqlər