İsrailli ekspert Azərbaycanı təriflədi
Arye Qut: Azərbaycan rəhbərliyi yəhudi icmasına hərtərəfli dəstək verir
Cənubi Qafqaz üzrə sionist ekspert Azərbaycan rəhbərliyini ölkədəki yəhudi icmasına hərtərəfli dəstək verdiyinə xatir alqışlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Arye Qut bildirib ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. “Mən bir İsrail vətəndaşı və İsraildəki qeyri-hökumət təşkilatının rəhbəri kimi qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasına hərtərəfli dəstək verir. Beynəlxalq Holokost günü münasibətilə Azərbaycanda hər il ən yüksək səviyyədə dövlət səviyyəsində konfrans keçirilir. Həmin gün dünya birliyi Holokostu yad edir”, - deyə israilli ekspert vurğulayıb.
Beynəlxalq münaqişələr üzrə tanınmış sionist ekspert Arye Qut bir qədər də irəli gedərək Avropanı Azərbaycandakı tolerantlıqdan ibrət dərsi almağa çağırıb. Ekspert bildirib ki, bu gün ən dəhşətli hadisələr başqa ölkələrə tolerantlıq dərsi keçən, antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropada baş verir. Təəssüf ki, onların hərəsinin öz əxlaqı var – bu əxlaq nifrətdən və siyasi maraqlardan irəli gəlir. Biz isə bu gün multikulturalizmin həyat tərzinə çevrildiyi, müstəqil və dünyəvi Azərbaycanda bu qəddar dünyaya bir daha sübut edirik ki, Avropada yəhudilərin üzləşdiyi fəlakətin ağrı və əzabları təkcə yəhudi xalqı üçün deyil, qardaş Azərbaycan xalqı üçün də ağrı deməkdir.”
Sionist ekspert qeyd edib ki, - onun ifadəsi olə desək - özlərini sivil adlandıran bir sıra Avropa ölkələrindən və xalqlarından fərqli olaraq azərbaycanlılar heç vaxt yəhudilərə qarşı satqınlıq etməyiblər.
Sionist rejim nümayəndələrinin son zamanlar riyakar bəyanatlar verməsi müşahidəçilər tərəfindən belə qiymətləndirilir ki, onlar Azərbaycanda İsrail rejiminə olan nifrəti aradan qaldırmaq və müsəlman ölkəsinin təhlükəsizliyi ilə ziddiyyətdə olan varlıqlarını əsaslandırmaq üçün dəridən qabıqdan çıxırlar. Buna baxmayaraq xalq arasında İsrailə xoş münasibət yoxdur və Qarabağın erməni işğalına son qoyulması ilə Qüdsün də sionistlərin əsarətindən qurtarması arzu olunur, bəzi mediaların İsraili təbliğ etməsi lazımi effekti verməyib.