Azərbvaycan Respublikası ordusunun mövqeləri atəşə tutulub
Fev 11, 2022 12:57 Asia/Baku
-
Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün bu ölkə ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.
SəhərAzəri-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Məlumatda Azərbaycan Respublikası ordusunun şəxsi heyət və texnikasında itkinin olmadığı bildirilir.
Məlumatda hazırda qeyd olunan istiqamətdə vəziyyətin sabit olduğu vurğulanır.