İndiyədək Azərbaycanda 1000 nəfərdən biri koronavirusdan ölüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i385896-İndiyədək_azərbaycanda_1000_nəfərdən_biri_koronavirusdan_ölüb
Azərbaycanda son sutka ərzində 29 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın fevralın 12-nə yaydığı məlumatda deyilir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 13, 2022 11:38 Asia/Baku
  • İndiyədək Azərbaycanda 1000 nəfərdən biri koronavirusdan ölüb

Azərbaycanda son sutka ərzində 29 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın fevralın 12-nə yaydığı məlumatda deyilir.

SəhərAzəri-nin məlumatına əsasən, ümumilikdə, pandemiya başlayandan ölkədə 738 328 nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb, onlardan 679 316 nəfər sağalıb, 9 027 nəfər vəfat edib, 49 985 nəfər aktiv xəstədir.

Beləliklə COVID-19 pandemiyasının yayıldığı gündən indiyədək Azərbaycan Respublikasında təxminən hər min adamdan biri pandemiya nəticəsində həyatını itirib.