Fev 21, 2022 20:42 Asia/Baku
  • Robert Köçəryan və Serj Sarkisyan axtarışa verildi

Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan barədə axtarış elan edib. Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

 SəhərAzəri-nin bildirdiyinə görə, məlumatda deyilir ki, hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Azərbaycan Respublikası xalqına qarşı cinayət törətməkdə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etməkdə ittiham olunaraq  cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.

Məlumatda Ermənistanın keçmiş prezidentlərinin Azərbaycan daxilində yaxud beynəlxalq səviyyədə axtarışa verilməsinə aydınlıq gətirilməyib.

Ermənistanın keçmiş prezidentlərinin Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verilməsinin həmin şəxslərin həyatına hansısa təsir edəcəyi, onların xarici səfərlərinə ən əsası da Rusiya, Fransa və ABŞ-a olan səfərlərinə hansısa maneə yaradacağı ciddi şübhə doğurur.

Teqlər