Xarkovda Azərbaycan dövlətindən imdad istənilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i386418-xarkovda_azərbaycan_dövlətindən_imdad_istənilir
Azərbaycanlılar Ukraynanın Xarkov şəhərindən təxliyə oluna bilmirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 10:18 Asia/Baku
  • Xarkovda Azərbaycan dövlətindən imdad istənilir

Azərbaycanlılar Ukraynanın Xarkov şəhərindən təxliyə oluna bilmirlər.

Xarkovda oxuyan tələbələrdən biri video müraciətdə bildirir ki, hazırda bir qrup azərbaycanlı Xarkov vağzalında təxliyə edilmələrini gözləyir.

O bildirib ki, Azərbaycanın Ukraynadakı konsulluğu və səfirliyi telefon zənglərinə cavab vermir və vətəndaşlar çarəsiz vəziyyətdə qalıb.

Fevralın 28-i axşama olan məlumata görə,  Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 1600-dən çox Azərbaycan vətəndaşı bu ölkəni tərk edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, 950 nəfər Azərbaycan vətəndaşı Moldovaya, 447 nəfər Polşaya, 17 nəfər Macarıstana, 200 nəfər Rumıniyaya, 13 nəfər Slovakiyaya gedib.

Bu azərbaycanlılar öz təşəbbüsləri ilə və hansısa yardım almadan Ukraynanı tərk ediblər.

Deyilənlərə görə sözü gedən ölkələr  Azərbaycan vətəndaşlarını sonradan Bakıya getmələri üçün müvəqqəti olaraq qəbul edirlər.

Ötən gecə Ukraynadan təxliyə edilmiş 176 Azərbaycan vətəndaşı Azərbaycan Hava Yollarının xüsusi reysilə Rumıniyadan Bakıya gətirilib.

Eyni zamanda ən son məlumatlara görə indiyədək Ukraynadan çıxmaq istəyən 3 azərbaycan vətəndaşı həlak olub 4 nəfər isə yaralanıb.

Həmçinin Xarkov şəhərində də 1 azərbaycanlı küçədə güllə yarası alaraq həlak olub.

Ötən gecə Ukraynadan qaçan 176 Azərbaycan vətəndaşı Azərbaycan Hava Yollarının xüsusi reysilə Rumıniyadan Bakıya gətirilib.