Deputat Ukraynaya və Azərbaycana olan münasibəti müqayisə etdi VİDEO
Mart 04, 2022 10:38 Asia/Baku
Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı qərb dünyasını Ukraynaya göstərdiyi münasibəti Azərbaycan Respublikasına göstərməməkdə günahlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən,Deputat Sabir Rütəmxanlı bu gün Rusiya-Ukrayna münasibətlərində dünyanın Ukraynanın yanında olduğuna diqqət çəkərək deyib: “Biz 30 il müharibə şəraitində yaşamışıq. Təəssüf ki, 30 ildə dünya bizi müdafiə etmədi. Bu gün isə dünya Ukraynanın yanındadır. Bu, bizi sevindirir. Amma istərdik ki, bu münasibət bizə də göstərilsin.
Sabir Rüstəmxanlı 1-ci Qarabağ müharibəsi nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsini yada salaraq deyib: “Ukraynadan gedənlərə, qaçqınlara isə Avropa sahib çıxır.”
Teqlər