Separatçılar Azərbaycan ordusunu hədəfə almaqda davam edirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i386653-separatçılar_azərbaycan_ordusunu_hədəfə_almaqda_davam_edirlər
Qarabağdakı separatçılar Azərbaycan Respublikası ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Azərbaycan mövqeləri sutka ərzində 24 dəfə atəşə tutulub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2022 09:22 Asia/Baku
  • Separatçılar Azərbaycan ordusunu hədəfə almaqda davam edirlər

Qarabağdakı separatçılar Azərbaycan Respublikası ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Azərbaycan mövqeləri sutka ərzində 24 dəfə atəşə tutulub

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirlyi özünün rəsmi internet saytında bildirib ki, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında həmçinin bildirilir ki,
bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itkinin olmadığını bildirən MN qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görüldüyünü xatırladıb.