Azərbaycan Respublikası MN:
Erməni separatçılarının hücumları davam edir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkənin Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərindən Azərbaycan ordusunun mövqelərinə qarşı hücumların davam etməsindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Müdafiə Nazirlyinin rəsmi internet saytında bildirilir ki,Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Azərbaycan ordusunun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Məlumatda Azərbaycan Respublikası ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.
Eyni zamanda o da qeyd olunur ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq atəş açır.
Qeyd edək ki, 44 günlük müharibədən sonra 10 noyabr üçtərəfli bəyanatda Qarabağ Rusiya sülhməramlılaırnın nəzarətinə verildi və qondarma dağlıq qarabağ respublikası isə olduğu kimi öz fəaliyyətini davam etdirməkdədir.
Rusiya Sülhməramlıları bu rejimlə yerli hakimiyyət kimi əməkdaşlıq edir.
Qondarma rejimin strukturları tamamiylə işlək vəziyyətdədir.