Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i386813-rüstəm_İbrahimbəyov_83_yaşında_vəfat_edib
Martın 11-nə keçən gecə Moskvada tanınmış Azərbaycan kinodramaturqu və ictimai xadim Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 11, 2022 14:56 Asia/Baku
  • Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib

Martın 11-nə keçən gecə Moskvada tanınmış Azərbaycan kinodramaturqu və ictimai xadim Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

SəhərAzəri-nin məlumatına əsasən,onlarla film və ssenarinin müəllifi olan Rüstəm İbrahimbəyov, Bakıda bir çox kinofestivallarda fəxri yer tutmuş ilk uşaq kino məktəbini yaradıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, “Feliks” Avropa Kino Akademiyasının və Amerika Kino Sənəti Akademiyasının üzvüdür.

2008-ci ildə Azərbaycan hakimiyyətini tənqid edən müsahibə verib və bu, hakim rejimə meydan oxumaq kimi qiymətləndirilib. Sonra ona qarşı təqib və təzyiqlər başlayıb. O, əmlakından məhrum edilib, rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı ofisindən çıxarılıb və faktiki olaraq bağlanıb.

2 iyul 2013-cü ildə Rüstəm İbrahimbəyov Azərbaycan prezident seçkilərində müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasından vahid namizəd kimi irəli sürülüb. Bu, onun hakimiyyətlə münaqişəsini daha da kəskinləşdirib.

Dörd ildən sonra hakimiyyətlə münasibətləri normallaşıb və İbrahimbəyov qeyri-ixtiyari sürgündən ölkəyə qayıda bilib, yenidən aktiv kino işinə başlayıb.

Son illərdə Bakıda Kino Məktəbini, eləcə də müxtəlif kursları bərpa etmişdi.